Martinez: "Messi dünyanın ən məşhur insanıdır"
"Aston Villa"nın qapıçısı Emiliano Martinez Argentina millisində komanda yoldaşı, "İnter Mayami"nin hücumçusu Lionel Messi haqqında danışıb.
Sportline.az xəbər verir ki, Martinez Messini dünyanın ən məşhur insanı adlandırırb.
“Messi argentinalıların bütün keyfiyyətlərini təmsil edir. Övladlarına, həyat yoldaşına hər şeyi verən ailə adamıdır. Futbolu sevir və meydanda hər şeyini verir. Bəlkə də o, dünyanın ən məşhur insanıdır. Onun ailəsini nə qədər çox sevdiyini, övladlarının qayğısına qaldığını görmək qürurvericidir. Bu baxımdan mən onu izləməyə çalışıram. Bu, tarixdə futbolu tamamlayan ilk və yeganə oyunçudur. O, karyerasını kumir kimi başa vurur - təkcə futbolçu kimi deyil, həm də insan kimi. Mən ona belə şeyləri demirəm, çünki o, artıq bilir. O, mənim ona nə qədər dəyər verdiyimi və onu meydanda qoruduğumu bilir”, – Martinez "TV Publica"ya deyib.