Martinez xoşbəxtdir

"İnter"in hücumçusu və kapitanı Lautaro Martinez Milan klubu ilə müqavilənin uzadılması ilə bağlı hazırkı vəziyyətdən danışıb.

Sportlinre.az xəbər verir ki, Martinez bu barədə "Sky Sport Italia"ya açıqlama verib.

“İnter”lə müqaviləmi uzatmağa hazıram. Bu barədə klub rəhbərliyi ilə danışılacaq. Mən burada çox xoşbəxtəm. Bəli, mən həqiqətən "İnter" ilə yeni müqavilə imzalamaqda maraqlıyam”, - deyə Martinez bildirib.