Martinezin çempionluq xatirələri

Emiliano Martinez 2022-ci il dünya çempionatını qazanması ilə bağlı xatirələrini bölüşüb.

Sportline.az xəbər verir ki, Argentina finalda Fransaya qalib gələrək kuboku qazanmışdı. 

“Səudiyyə Ərəbistanına qarşı oyun argentinalı futbolçu kimi ilk məğlubiyyətim idi və bir az kədərləndim. Amma komandamızda dünyanın ən yaxşı oyunçusu Lionel Messi vardı. 1/4 finalda Nidderlanda qalib gələndə bilirdik ki, xüsusi bir şey olacaq. Oyun penaltilər seriyasına keçdi və mən buna öyrəşdiyim üçün özümə güvəndim. 

Fransa ilə finaldan bir gün əvvəl psixologiya ilə məşğul oldum. Xaos yaratmaq üçün bunu etdim və bu işə yaradı. FIFA qaydaları dəyişdi, amma biz artıq dünya çempionatını qazanmışıq. Penaltilər seriyasından sonra Messi gəlib məni qucaqladı və dedi: "İnana bilmirəm ki, bizi yenidən xilas etdin". Dünyanın ən yaxşı oyunçusu bunu deyəndə, bu, inanılmazdır" - deyə Argentina və "Aston Villa"nın qapıçısı bildirib.

Banner