Matteus: "Almaniya əsas favorit deyil"
Almaniya futbolunun canlı əfsanəsi Lotar Matteus Avropa çempionatı ilə bağlı düşüncələrini bölüşüb.
Sportline.az xəbər verir ki, o, ev sahibi Almaniya millisinin əsas favorit olması fikri ilə razılaşmayıb.
"Bizim milli yarışın əsas favoriti deyil. Amma, favoritlər sırasındadır. Burada təbii ki, doğma meydan amili də rol oynayır", - deyə Matteus "Sky Sport Germany"yə açıqlamasında bildirib.
Qeyd edək ki, Almaniya millisi qrup mərhələsində Şotlandiya, Macarıstan və İsveçrə seçmələri ilə yarışacaq.
Avropa çempionatına iyunun 14-də start veriləcək.