Maxaçovla Volkanovskinin döyüşünə reaksiya gecikmədi
UFC (Mütləq Döyüş Çempionatı) döyüşçüləri İslam Maxaçov və Aleksandr Volkanovski duelə hazırlaşır.
Sportline.az xəbər verir ki, orta çəkidə sabiq UFC çempionu Maykl Bispinq bu döyüş barədə açıqlama verib.
"Həm İslam Maxaçov (24-1), həm də Aleksandr Volkanovskinin (26-2) UFC 294-də döyüşəcəkləri böyük riskdir. Volkanovskiyə İslamla mübarizə aparmağa görə böyük rəğbət bəsləyirəm” - Bispinq X sosial şəbəkəsində yazıb.
Maxaçov və Volkanovskinin revanş döyüşü oktyabrın 21-də Əbu-Dabi şəhərində UFC 294 turnirində baş tutacaq.