Mbappe ilk turu buraxacaq

PSJ-nin hücumçusu Kilian Mbappe 2023/24 mövsümünün Fransa çempionatının ilk tur matçı üçün klubun heyətində yer almayacaq.

Sportline.az xəbər verir ki, parislilər avqustun 12-də evdə "Loryen"lə qarşılaşacaq.

"Marca" nəşri daha əvvəl 24 yaşlı fransalı futbolçunun ayrıca məşq edəcəyini bildirmişdi.

Mbappe 2017-ci ilin avqustundan PSJ-də çıxış edir. 2022/23 mövsümündə hücumçu Parisin heyətində bütün yarışlarda 43 matçda 41 qol vurub və 10 məhsuldar ötürmə edib.