Mbappe kababxananı məhkəməyə verir
PSJ-nin hücumçusu Kilain Mbappe Marseldə yerləşən kababxanalardan birini məhkəməyə verməyə hazırlaşır.
Sportline.az xəbər verir ki, bu haqda RMC Sport məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, futbolçunun vəkilləri həmin kababxananın Mbappenin adından kommersiya məqsədi ilə istifadə ettdiyini aşkarlayıblar.
Belə ki, təqdim olunan menyuda müştərilərə təklif olunan kabablardan biri "Mbappenin kəlləsi kimi yumru" yazısı ilə təqdim olunub.
Qeyd edək ki, obyekt sahibləri Mbappe ilə yanaşı digər məşhurların adından da eyni üsulla yararlanırlar.