Mbappe olimpiadaya qatılmaq istəyir
Kilian Mbappe 2024-cü ildə Fransa Olimpiya yığmasında oynamaq istəyir.
Sportline.az xəbər verir ki, Mbappe Paris Olimpiadasında oynamaq arzusundadır.
Fransa Futbol Federasiyası Mbappeyə 23 yaşdan yuxarı oyunçular üçün olimpiya yığmasında üç yerdən birinə vəsiqə verir.
Bununla belə, turnir FİFA-nın cədvəlinə daxil edilmədiyi üçün oyunçular yalnız klubun icazəsi ilə Olimpiadada iştirak edə bilərlər.