Mbappe Platinini qabaqladı
Kilian Mbappe Avropa çempionatının seçmə mərhələsində Niderlandla oyunda 2 qol vurub.
Sportline.az xəbər verir ki, Fransa millisinin forvardı matçın 7 və 53-cü dəqiqələrində fərqlənib.
Bununla da Mbappe Fransada 72 oyunda 42 qol vurub. Bu göstərici ilə o, karyerası ərzində millinin heyətində 72 oyuna 41 qol vuran Mişel Platinini ötüb.