Mbappe - PSJ münasibətlərində dönüş

Kilian Mbappe yaxın günlərdə PSJ ilə yeni müqavilə imzalaya bilər.

Sportline.az The Times nəşrinə istinadla xəbər verir ki, tərəflər arasındakı uzun danışıqlar müqavilənin uzadılması ilə nəticələnəcək.

Qeyd edək ki, onun parislilərlə anlaşması 2024-cü ilin yayında başa çatır.
 
Karyerasını "Real"da davam etdirmək istəyən hücumçu PSJ ilə yeni müqavilə imzalamaq istəmirdi.
 
Məsələyə Fransa prezidenti Emanuel Makron da qarışmışdı.