Mbappe qalmaqalı böyüyür
PSJ "Real Madrid"i tələsdirmək üçün klubların Kilian Mbappe ilə maraqlandığı barədə şayiələr yayır.
Sportline.az xəbər verir ki, PSJ Real Madriddən təklif gözləyir .
Fransa klubu "Real"ı Mbappe üçün tez bir zamanda parislilərin rəhbərliyinə uyğun təklif irəli sürməyə məcbur etmək üçün müxtəlif komandaların hücumçu ilə maraqlanması barədə qəsdən məlumat yayır.
Qeyd edək ki, daha əvvəl Mbappe ilə "Əl-Hilal" və "Barselona"nın da maraqlandığı bildirilirdi.