"Mbappe "Real"a keçməlidir"
Visente del Boske Kilian Mbappeni "Real Madrid"də görmək istəyir.
Sportline.az xəbər verir ki, PSJ-nin Mbappe müqaviləsini 2025-ci ilə qədər yeniləməkdən imtina edəcəyi təqdirdə onu bu yay satacağı bildirilir. "Real Madrid" gələn həftədən gec olmayaraq transferlə bağlı razılığa gəlməyi gözləyir, lakin qarşıdan gələn mövsümü fransızsız planlaşdırır .
"Real" ən yaxşı oyunçuları heyətinə cəlb etməlidir. Mbappe onlardan biridir"- deyə "Real Madrid" və İspaniya millisinin keçmiş baş məşqçisi del Boske bildirib.