Mbappe "Real"a keçsə
Kilian Mbappe "Real Madrid"ə keçsə, ildə ən azı 25 milyon avro qazanacaq.
Sportline.az xəbər verir ki, "Real Madrid"ə keçəcəyi təqdirdə hücumçunun maaşı vergilər çıxdıqdan sonra mövsüm başına 25 milyon avro olacaq. Bonusları nəzərə alsaq, bu məbləğ 30-35 milyona qədər arta bilər.
Bu bonuslardan bəziləri "Real Madrid"in Çempionlar Liqasını qazanması və ya Mbappenin "Ballon d'Or" qazanması ilə əlaqələndiriləcək . Futbolçunun müqaviləsi 6 il üçün nəzərdə tutulacaq, təzminat məbləği 1 milyard avro ola bilər.
Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilə qədərdir.