Mbappe təhlükədən qurtulub
Kilian Mbappe Fransa çempionatının 6-cı turunda "Marsel"lə oyunda (4-0) zədələnərək meydanı tərk edib.
Sportline.az xəbər verir ki, baş məşqçi Luis Enrike oyunsonrası açılamasında zədənin elə də ciddi olmadığını bildirib.
"Elə də ciddi problem deyil. Sadəcə ağrıya görə oyunu davam etdirə bilmədi. Ona görə də Kilianı əvəzləməyi məqsədəuyğun saydıq", - Enrike belə deyib.
Qeyd edək ki, sol pəncəsindən zədə alan Mbappe oyunun 32-ci dəqiqəsində meydanı tərk etmişdi.