Mbappenin "Real"dakı mümkün qazancı

Kilian Mbappe karyerasını "Real"da davam etdirsə ilinə minimum 25 milyon avro qazanacaq.

Sportline.az Marca nəşrinə istinadla xəbər verir ki, bu, vergiləri nəzərə almadan göstərilən rəqəmdir. 

Bonusları əlavə etsək məbləğ 30-35 milyon avroyadək yüksələ bilər.

Qeyd edək ki, "Real" transferi müəyyən qədər "düyünə düşən" futbolçu ilə 6 illik müqavilə bağlamaq niyyətindədir.