Meddison və Postekoqlou "ən yaxşı" oldu
"Tottenhem"in yarımmüdafiəçisi Ceyms Meddison və komandanın baş məşqçisi Ange Postekoqlou Premyer Liqada avqust ayının ən yaxşı oyunçusu və məşqçisi adına mükafatlar alıblar.
Sportline.az xəbər verir ki, Postekoqlunun rəhbərliyi altında Premyer Liqanın 1-ci turunda "Brentford"la heç-heçə edən "Tottenhem" 2-ci və 3-cü turlarda "Mançester Yunayted" (2:0) və "Bornmut" (2:0) üzərində qələbə qazanıb.
Meddison avqust ayında Premyer Liqada 3 matça çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
4 turdan sonra "Tottenhem" 10 xalla Premyer Liqanın turnir cədvəlində ikinci yerdədir .