Medinanın yeni klubu müəyyənləşdi

Xesus Medina ÇSKA-dan "Spartak"a keçir.

Sportline.az xəbər verir ki, yarımmüdafiəçi yaxın vaxtlarda “Spartak”la müqavilə imzalamalıdır .

Transferin məbləği 6+1 milyon avro olacaq. ÇSKA Xesusun "Spartak"dakı nailiyyətlərinə görə bonuslar ala biləcək.

ÇSKA-da Medina ildə 800 min avro qazanıb. "Spartak"da onun maaşı iki dəfə artacaq - ildə 1,6 milyon avroya qədər. Onun müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.