Məhəmməd Salaha rekord məbləğdə təklif
"Əl-İttihad" "Liverpul"un hücumçusu Məhəmməd Salahı transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Rudi Qaletti məlumat yayıb.
Onun sözlərinə görə, Səudiyyə Ərərbistanı klubu 31 yaşlı futbolçu üçün 90 milyon avrodan keçməyə hazırdır.
İngiltərəlilər bu təklifi qəbul etsələr, Səudiyyə Ərərbistanı Liqasında rekord transfer qeydə alınacaq.