"Mən mətbuatla danışnmıram"
Arteyom Dzyuba "Lokomotiv" matçından sonra jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
Sportline.az xəbər verir ki, "dəmiryolçular" Rusiya Fonbet Kuboku matçında " Ural"ı məğlub edib (2:1). Dzyuba bu oyunda 61-ci dəqiqədə meydana daxil olaraq qol vura bilməyib. Əvvəlki oyunda – “Rubin”lə (2:2) forvard “qol+ötürmə” sistemində də xal qazanmayıb.
"Mən mətbuatla danışmıram. Darıxdırıcı, maraqsız suallar verirsiniz. Nə etmək lazımdır ki, yenidən mətbuatla danışa biləcəm? Normal suallarla gəlin" - deyə futbolçu jurnaklistə etiraz edib.