Mendi "Siti"ni məhkəməyə verəcək
“Mançester Siti”nin keçmiş ulduzu Benjamin Mendi İngiltərə komandasını məhkəməyə verməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, “şəhərlilər” futbolçuya 11,5 milyon avro maaş verməyib. "Mançester Siti" bu məbləği Mendiyə 2021-ci ilin avqustundan 2023-cü ilin iyununa kimi borclu idi. Həmin vaxt futbolçu bir neçə zorlama epizodunda şübhəli bilinirdi.
İyulun 14-də məlum olub ki, zorlama işi üzrə son ittihamlar “Mançester Siti”nin keçmiş futbolçusundan götürülüb.
Mendinin "şəhərlilər"lə müqaviləsi bu yay başa çatdı, bundan sonra o, azad agent oldu.