Mendinin taleyinə aydınlıq gətirildi

Ferland Mendinin "Real"dakı taleyinə aydınlıq gətirilib.

Sportline.az xəbər verir ki, futbolçu Kral klubu ilə müqavilənin müddətini uzadıb.

Bu faktı komandanın baş məşqçisi Karlo Ançelotti də təsdiqləyib.

İtaliyalı mütəxəssis As nəşrinə açıqlamasında sol cinah müdafiəçisi ilə anlaşmanın 2027-ci ilədək uzadıldığını bildirib.

Qeyd edək ki, Mendinin "Real"la 2025-ci ilədək müqaviləsi var idi.