Mərc etdi, futboldan uzaqlaşdırıldı

"Nottingem Forest"in müdafiəçisi Harri Toffolonun idmana mərc oynadığı üçün 5 ay müddətinə futboldan uzaqlaşdırıldığı açıqlanıb.

Sportline.az xəbər verir ki, 28 yaşlı futbolçu 375 dəfə Futbol Assosiasiyasının qaydalarını pozduğunu etiraf edib. Bildirilir ki, bütün qanun pozuntuları 2014-2017-ci illər arasında futbolçu tərəfindən törədilib və bu müddət ərzində o, “Norviç”, “Suindon”, “Roterhem” və “Peterboro” klublarında çıxış edib.

İngilis futbolçu diskvalifikasiyadan əlavə 21 min funt sterlinq də cərimələnib.