Mərc oyunlarına pul qoyduğunu etiraf etdi
İtaliyalı futbolçu Nikolo Facoli idman yarışlarına mərc etdiyini etiraf edib.
Sportline.az "Corriere della Sera"ya istinadla xəbər verir ki, əvvəllər də eyni məsələyə görə ittiham olunan futbolçu yenidən bu üsula əl atıb.
"Yuventus"un 22 yaşlı yarımmüdafiəçisi cinayəti etiraf etmək qərarına gəlib və cəzasının azaldılmasını arzulayır. Buna baxmayaraq Facoli iştirak etdiyi klubların oyunlarına heç vaxt mərc etmədiyini də qeyd edib.
Futbolçu mərc oyunlarına aludə olduğunu və uzun müddətdir ki, poker oynadığını bildirib.