Məşhur baş məşqçidən jurnalistə sərt cavab
PSJ-nin baş məşqçisi Luis Enrike Liqa 1-in 8-ci turunun "Renn"lə oyunu (3:1) haqda sual verən jurnalistə sərt cavab verib.
Sportline.az xəbər verir ki, Enrike media nümayəndəsinə “Siz yalnız mənfi cəhətlərə diqqət yetirirsiniz. Bu, məni narahat edir. Siz dünya futbol tarixinin ən xoşagəlməz insanısınız. Bir gün biz 4:1 hesabı ilə qalib gəldik və siz mənə uduzmağa layiq olduğumuzu söylədiniz” deyib.
Fransa çempionatının 8 turundan sonra PSJ 15 xal toplayıb və hazırda 3-cü yerdədir.