Məşhur futbolçu AVRO:2024 üçün favoritini açıqladı

Almaniya millisinin sabiq müdafiəçisi Filip Lam AVRO:2024 üçün hansı komandanı favorit gördüyünü açıqlayıb.

Sportline.az xəbər verir ki, o, "RMS Sport"a müsahibədə “Fransa. Sadəcə ona görə ki, onların 40-a yaxın haqiqətən istedadlı oyunçusu var. Bu komanda həm də çox balanslıdır. Əsas heyətdə başlayan və ya ehtiyatda oturan fərqi yoxdur. Bütün futbolçular yüksək səviyyədədir. Bununla belə, həlledici olan meydanda vahid komanda kimi çıxış etməkdir” fikrini səsləndirib. 

Xatırladaq ki, 2024-ci il Avropa Çempionatı iyunun 14-dən iyulun 14-də dək Almaniyada keçiriləcək.

Fransa seçməsi yarışda Avstriya, Niderland və Polşa millliləri ilə eyni qrupda mübarizə aparacaq.