Məşhur futbolçu "Əl-Hilal"da
"Çelsi" və "Əl-Hilal" Kalidu Kulibalinin transferi ilə bağlı şifahi razılıq əldə edib.
Sportline.az xəbər verir ki, bu haqda Fabrisio Romano məlumat yayıb.
31 yaşlı müdafiəçinin yeni klubu ilə 3 illik müqavilə bağlayacağı bildirilir.
Transfermarkt portalında onun transfer qiyməti 25 milyon avro göstərilir.