Məşhur futbolçu polis tərəfindən saxlanıldı

Futbol ulduzu Ronaldinyo Paraqvayda polislər tərəfindən saxlanılıb.

Sportline.az xəbər verir ki, o, saxta sənəddən istifadədə günahkar bilinib.

Qardaşı ilə bərabər Paraqvaya səyahət edən braziliyalının qaldığı oteldə əməliyyat keçirən polislər bir neçə şübhəli sənədə rast gəliblər. Yoxlanış zamanı Ronaldinyonun pasportunun saxta olduğu üzə çıxıb. Qardaşlar hazırda polis bölməsindədirlər.

Məsələ ilə bağlı Paraqvay Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda Ronaldinyo və qardaşına cinayət işi açıldığı bildirilib.