Məşhur futbolçu kəllə-beyin travması alıb
"Milan"ın futbolçusu Noa Okafor qəza keçirib.
Sportline.az İsveçrə Milli Futbol Federasiyasının mətbuat xidmətinə istanadla xəbər verir ki, ulduz futbolçu yüngül qəzaya düşərək İsveçrə millisinin düşərgəsindən uzaqlaşıb.
Hadisə zamanı futbolçu sərnişin oturacağında əyləşib. Qəzadan sonra Okaforun baş nahiyəsinə tikişlər atılıb.
Buna görə də Okafor Avropa çempionatının seçmə mərhələsində İsveçrənin 2 oyununda forma geyinə bilməyəcək.