Məşhur futbolçu klub sahibi oldu
Fransa millisi və "Əl-İttihad"ın yarımmüdafiəçisi Nqolo Kante Belçika 3-cü divizionunda yarışan "Ekselsior Virton" klubuna sahib olub.
Sportline.az xəbər verir ki, bu haqda klubun saytında məlumat yayılıb.
Komanda son mövsümün nəticələrinə əsasən 3-cü diviziona yuvarlanıb.
Qeyd edək ki, bu mövsüm "Çelsi"dən ayrılan Nqolo Kante karyerasını Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda davam etdirəcək.