Məşhur futbolçu klubunu dəyişdi

“Zenit”in hücumçusu Malkom “Əl-Hilal”a keçib.

Sportline.az xəbər verir ki, "Zenit" Sankt-Peterburqda keçirdiyi illər üçün Malkoma təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Malkomun transfer məbləği 60 milyon avrodur. Bu keçid Səudiyyə Ərəbistanı çempionatı tarixində ən bahalı keçid olub.