Məşhur futbolçu milli karyerasını bitirdi

Qadınlardan ibarət Braziliya seçməsinin kapitanı Marta milli komandada karyerasını bitirib.

Əfsanəvi futbolçu dünya çempionatının Yamayka ilə oyununda (0-0) son matçına çıxıb.

37 yaşlı Marta 2006, 2007, 2008, 2009 və 2010-cu iillərdə dünyanın ən yaxşı futbolçusu seçilib.

O, Braziliya millisinin heyətində keçirdiyi 163 oyunda 112 qol vurub.