Məşhur futbolçu millidən qovuldu
“Mançester Yunayted”in hücumçusu Antoni məişət zorakılığı iddialarından sonra 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi üçün Braziliya yığmasının heyətindən kənarlaşdırılıb.
Sportline.az xəbər verir ki, Antoninin yerinə "Arsenal"ın hücumçusu Qabriel Jezus çağırılıb. Braziliya sentyabrda Boliviya (9 sentyabr) və Peru (13 sentyabr) ilə qarşılaşacaq.
Sentyabrın 4-də Antoninin keçmiş sevgilisi Qabriella Kavallin onu döydüyünü və onu öldürməklə hədələdiyini bildirib . O, həmçinin bildirib ki, 23 yaşlı oyunçu 2022-ci ilin iyunundan 2023-cü ilin mayına qədər dəfələrlə ona hücum edib.
Antoni ötən yaydan “Mançester Yunayted”də çıxış edir.