Məşhur futbolçu milliyə rəhbərlik edəcək
Belçika millisinin sabiq köməkçi məşqçisi Tyerri Anri yenidən məşqçilik fəaliyyətinə qayıtmaq niyyətindədir.
Sportline.az "RMC Sport"a istinadla xəbər verir ki, o, Fransanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına rəhbərlik edə bilər.
46 yaşlı mütəxəssis bununla bağlı təklif alıb.
Qeyd edək ki, ötən illərin futbol ulduzu Belçika millisindən əvvəl "Monreal" və "Monako" klublarında çalışıb.