Məşhur futbolçu paytaxt klubundan ayrıldı
Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Anton Mirançuk klubu tərk edib.
Sportline.az xəbər verir ki, bu haqda klub rəsmi məlumat yayıb.
Müqaviləsi başa çatan futbolçu karyerasını Rusiyadan kənarda davam etdirmək niyyətindədir.
Qeyd edək ki, 2013-cü ildən "Lokomotiv"də çıxış edən Anton Mirançuk "dəmiryolçular"ın heyətində keçirdiyi 217 oyunda 51 qol müəllifi olub.
Transfermarkt portalında onun dəyəri 6 milyon avrodur.