Məşhur futbolçu təhqirə görə 20 min avro cərimələndi

"Bavariya"nın qapıçısı Sven Ulrayx qeyri-idman davranışına görə cəzalandırılıb.

Sportline.az xəbər verir ki, o, "Bayer"in üzvlərinə ünvanladığı təhqirlər səbəbindən bir oyun diskvalifikasiya və 20 min avro cəriməyə məruz qalıb.

Bu haqda "Bayern & Germany"nin sosial şəbəkəsində məlumat yayılıb.

Qeyd edək ki, Ulrayx "Bayer"lə oyunda (1-1) vaxtı ləngitdiyini iddia etdiyi rəqib düşərgəyə təhqiramiz ifadələr işlətmişdi.

Futbolçu işlətdiyi sözlərə görə rəqibdən üzr istəyib.