Məşhur futbolçu zorlamaya görə həbs olundu
"Selta"nın sabiq futbolçusu Santi Mina 4 il müddətinə azadlıqdan məhrum edilib.
Sportline.az xəbər verir ki, 2022-ci ilin mayında ispaniyalı futbolçu 2017-ci ildə baş vermiş zorlamada təqsirli bilinib. Təcavüzkar 4 il müddətinə azadlıqdan məhrum edilib, o, apellyasiya şikayəti verib.
Bu gün Əndəlüs Ali Məhkəməsinin Mülki və Cinayət İşləri Palatasının apellyasiya şöbəsi futbolçunun cəzasının qüvvədə saxlanılması barədə qərar qəbul edib. Yalnız mənəvi ziyana görə təzminatın məbləği dəyişib - Mina zərərçəkənə 50 min avro əvəzinə 25 min avro ödəməli olacaq. Santinin qərardan İspaniya Ali Məhkəməsinə şikayət etmək hüququ var.