Məşhur futbolçunun arzusu

"Bavariya"nın müdafiəçisi Matteys De Liqt gələcək karyerası ilə bağlı arzusunu açıqlayıb.

Sportline.az xəbər verir ki, niderlandlı futbolçu yenidən "Ayaks"ın formasını geyinmək istədiyini bildirib.

Bu haqda o, klubun saytına müsahibəsində söz açıb.

Qeyd edək ki, De Liqt Amsderdam təmsilçisinin yetirməsidir.

O, 2016-2019-cu illərdə "Ayaks"ın şərəfini qoruyub.

De Liqt 2022-ci ildə 67 milyon avro qarşılığında "Yuventus"dan "Bavariya"ya keçib.