Məşhur hücumçu Almaniya klubunu tərk edir

"Ştutqart"ın hücumçusu Seru Qirassi komandanı tərk etməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, bu haqda məşhur jurnalist Florian Plettenberq məlumat yayıb.

Onun X sosial şəbəkəsindəki paylaşımında Qirassinin qərarı qətidir.

O, Dortmund "Borussiya"sı, "Milan" və "Arsenal"dan aldığı təkliflərdən birini dəyərləndirmək niyyətindədir. 

Qeyd edək ki, Qirassi son mövsümdə vurduğu 28 qolla Almaniya çempionatının ikinci bombardiri olub.