Məşhur qapıçı "Barselona"ya mesaj göndərib
"Real"ın qapıçısı Keylor Navas "Barselona"nın təklifini gözlədiyini bildirib.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ferran Martines X sosial şəbəkəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, Navas böyük məmnuniyyətlə klubdan gələcək təklifi müsbət cavablandırmağa hazırdır.
Bu sevdanın baş tutması mümkünsüz də deyil.
Belə ki, hazırda azad agent statusunda olan təcrübəli qapıçının meneceri Jorje Mendeşin "Barsa" rəhbərliyi ilə yaxın münasibətdə olduğu bildirilir.
Qeyd edək ki, "Barselona"nın qapıçısı Ter Ştegenin zədə üzündən 8-9 ay meydandan kənarda qalacağı gözlənilir.