Məşhur qapıçı da Ərəbistana gedir

"Sevilya"nın qapıçısı Yassin Bunu karyerasını Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda davam etdirəcək.

Sportline.az xəbər verir ki, klublar Bununu 19 milyon avroya transfer etmək üçün artıq razılaşıblar, daha 2 milyonu isə bonus olaraq verilir. 32 yaşlı mərakeşlinin nümayəndələri “Əl-Hilal”la 3 illik müqavilə ilə bağlı danışıqlar aparır.

Bunu ötən mövsüm "Sevilya"nın heyətində bütün yarışlarda 36 matçda 60 qol buraxıb.