Məşhur rusyalı futbolçu komandadan gedəcək

"Rubin" Alan Dzaqoyevlə müqaviləni yeniləməyəcək.

Sportline.az xəbər verir ki, Dzaqoyevin azad agent kimi getdiyini "Rubin"in baş direktoru Aleksandr Aibatov təsdiqləyib .

Alanın müqaviləsi başa çatıb və yenilənməyəcək.

Alan Dzaqoyev ÇSKA-dakı 14 ildən sonra ötən ilin sentyabrında "Rubin"ə keçib. Yarımmüdafiəçinin Kazan klubu ilə müqaviləsi 1 mövsüm üçün nəzərdə tutulub.