"Məşqçinin mənə ehtiyacı olduğu yerdə mən də orada olacağam"

"Atletiko"nun yarımmüdafiəçisi Aksel Vitsel mərkəz müdafiəçisi kimi oynamaqla bağlı təəssüratlarını bölüşüb.

Sportline.az xəbər verir ki, futbolçu istəyinin yalnız oynamaq olduğunu bildirib.

“Keçən il mərkəz müdafiəçisi kimi oynamağım mənim üçün sürpriz oldu. İndi özümü rahat hiss edirəm və komandaya kömək edə bilərəm ki, bu da ən vacib şeydir. Mən heç bir mövqedə oynamağımın əleyhinə deyiləm, sadəcə olaraq, oyunda iştirak etmək istəyirəm. Məşqçinin mənə ehtiyacı olduğu yerdə mən də orada olacağam”, - Vitsel mətbuat konfransında deyib.

Bu mövsüm 34 yaşlı belçikalı "Atletiko"nun heyətində bütün turnirlərdə 8 oyun keçirib və heç bir qol vurmayıb. Onun klubla hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Transfermarkt portalı oyunçunu 5 milyon avro qiymətləndirir.