Messi "davam" dedi

"İnter Mayami"nin hücumçusu Lionel Messi gələcəyi haqda danışıb.

Sportline.az xəbər verir ki, bu barədə Messi "İnfobae"yə danışıb.

“Bu barədə düşünmək istəmirəm, çünki etdiyim işi sevirəm. Avropanı tərk edib bura gəlməklə mühüm addım atdım. Növbəti addım haqqında düşünmək istəmirəm, oyundan həzz almaq istəyirəm. Sevdiyim işlə məşğul olduğum üçün şanslıyam, bundan həzz alıram. Məsuliyyətlərim və məqsədlərim olsa da, hələ uşaqlıqdan bu işlə məşğulam və bunu sevirəm. Bundan sonra nə edəcəm? Mən bilmirəm. Futbolla bağlı hər şeyi xoşlayıram, uşaqlarla birlikdə olmağı, dərs deməyi, idman direktoru olmağı xoşlayıram, amma haradan başlayacağımı bilmirəm”, – deyə Messi bildirib.

Bu yay Messi MLS-də çıxış edən "İnter Mayami" ilə müqavilə imzalayıb. 36 yaşlı argentinalı komandanın heyətində 11 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.