Messi dayanmır: rekorda doğru...
"İnter Mayami"nin hücumçusu Lionel Messi Liqa Kubokunun 1/4 finalında "Şarlott"a (4:0) qol vurub.
Sportline.az xəbər verir ki, 36 yaşlı argentinalı üçün bu, klubun heyətində 5 oyunda vurduğu səkkizinci qoldur. O, Robert Taylorla bərabərləşərək, klub tarixində "İnter"in ən çox qol vuran üç futbolçusundan biri oldu.
İyulun 15-də “İnter Mayami” Messinin transferini elan edib. O, Amerika klubu ilə 31 dekabr 2025-ci ilə qədər müqavilə imzalayıb.