Messi DÇ-2026 ilə bağlı fikirlərini bölüşüb

"İnter Mayami"nin hücumçusu Lionel Messi DÇ-2026 ilə bağlı verilən sualları cavablandırıb.

Sportline.az xəbər verir ki, o, "Infobae"yə açıqlamasında həmin yarışda iştirakını istisna etməyib.

"Qarşıdakı dünya çempionatına çox var. Ona görə də bu haqda hələ düşünmürəm. Ola bilər... Hazırda diqqətimizi Amerika kubokuna yönəltmişik. O turnirdən sonra vəziyyətə baxacağıq. Özümü hazır saysam dünya çempionatına da qatıla bilərəm", - deyə Messi bildirib.