Messi Holandı qabaqladı
Lionel Messi ESPN-in "ilin ən yaxşı futbolçusu" sorğusunda Erlinq Holandı qabaqlayıb.
Argentinalı ulduz bununla "ESPY Award" mükafatına layiq görülüb.
Mükafata namizədlər sırasında qadınlardan ibarət "Barselona" komandasının və İspaniya millisinin üzvü Aytana Bonmati və ABŞ seçməsi ilə "Portlend Torns" klubunun futbolçusu Sofiya Smit yer alıb.
Qeyd edək ki, ABŞ-nin nüfuzlu telekanalı olan ESPN-in sorğusu azarkeşlər arasında aparılır.