Messi "İnter Mayami" fanatlarını sevindirə bilməyəcək
"İnter Mayami"nin hücumçusu Lionel Messi zədələnib.
Sportline.az xəbər verir ki, argentinalı futbolçu bu səbəbdən komandanın növbəti oyununu buraxacaq.
36 yaşlı forvardın əzələsində gərginlik yaranıb.
Bu barədə baş məşqçi Xerardo "Sportskeeda"ya açıqlamasında bildirib.
Qeyd edək ki, Messi cari mövsümdə keçirdiyi 5 rəsmi oyunda 5 qol və 2 assist müəllifidir.