Messi "İnter Mayami"də qalacaq
Lionel Messinin "İnter Mayami"ni tərk etməsilə bağlı şayiələr yayılmışdı.
Sportline.az xəbər verir ki, BBC eksperti Quliem Balaqe bildirib ki, argentinalı hücumçu Lionel Messi yaxın vaxtlarda komandanı tərk etməyəcək.
“O, digər futbolçular kimi bir ay istirahət edəcək. Odur ki, Səudiyyə Ərəbistanına və ya başqa yerə hər hansı keçidi unudun”, - deyə BBC eksperti qeyd edib.
Futbolçunun Səudiyyə Ərəbistanı klubuna keçəcəyi iddia edilirdi.
2023-cü ilin yayında 36 yaşlı argentinalı "İnter Mayami" ilə 2 illik müqavilə imzalayıb. Messi komandanın heyətində 13 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.