Messi karyerasını bitirəcəyi vaxtı açıqlayıb

"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi karyerasını bitirəcəyi vaxtla bağlı sualları cavablandırıb.

Sportline.az xəbər verir ki, argentinalı forvard komandasına kömək edə bilmədiyini və futboldan zövq almadıını hiss etdiyi an karyerasını başa vuracağını bildirib.

"Bunu hiss edən kimi kənara çəkiləcəyəm. Özümə çox tənqidi yanaşıram. Hələ ki, özümü yaxşı hiss edirəm. Əks halda karyeramı bitirərdim", - deyə Messi "Big Time AS"a açıqlamasında bildirib.

Qeyd edək ki, Messinin klubla müqaviləsinin müddəti 2025-ci ilin dekabrında başa çatacaq.