Messi növbəti oyuna çıxır

"İnter Mayami" Liqa Kubokunun qrup mərhələsində "Atlanta" ilə qarşılaşacaq.

Sportline.az xəbər verir ki, turnirin əvvəlki oyununda Lionel Messi və Serxio Buskets "İnter Mayami"də debüt etmişdilər. Komanda Messinin əlavə vaxtda cərimə zərbəsindən vurduğu qolu sayəsində "Kruz Azul"u 2:1 hesabı ilə məğlub edib.

Liqalar Kuboku ABŞ və Meksika komandalarının oynadığı klub turniridir. Bu ildən KONKAKAF-ın himayəsi altında rəsmi yarışa çevrilib. Liqalar Kubokunda ilk üç yeri tutan komanda avtomatik olaraq CONCACAF Çempionlar Liqasına vəsiqə qazanır.

Liqa Kuboku

Qrup mərhələsi

İnter Mayami (ABŞ) – Atlanta Yunayted (ABŞ)